Bu peyvənd ÜST-ün "FÖVQƏLADƏ SİYAHI" na daxil edilib
01 may 2021 10:01 (UTC +04:00)

Bu peyvənd ÜST-ün "FÖVQƏLADƏ SİYAHI"na daxil edilib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı “Moderna” peyvəndini (mRNA 1273) fövqəladə hallarda istifadə üçün tövsiyə olunan siyahıya daxil edib.

APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün bəyanatında qeyd edilib.

Bildirilib ki, bu, ÜST tərəfindən sözügedən siyahı üçün təsdiqlənən beşinci peyvənddir.

Qeyd edək ki, ÜST mütəxəssisləri peyvəndin 18 yaşdan yuxarı xəstələr üçün istifadə edilməsini tövsiyə edir. ÜST qiymətləndirmələrinə görə, peyvəndin effektivliyi 94,1 %-dir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar