İspaniya hökuməti gələn ildən 16 yaşdan kiçik insanlar üçün şəkərli qida məhsullarının reklamına qadağa qoyulacağını bildirdib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İspaniyanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Alberto Garzon deyib ki, 2022-ci ildən etibarən 16 yaşından kiçik uşaqlara ünvanlanan peçenye, dondurma, şəkərli və ya yüksək kalorili içkilər kimi qida məhsullarının internetdə, filmlərdə, teatrlarda, televiziyalarda və radioda reklamları qadağan ediləcək.
Buna səbəb ölkədə 6-9 yaş arası uşaqlardan 40 faizinin artıq çəki və peyvəndlənmədən əziyyət çəkməsidir.
Qeyd edək ki, sentyabr ayında İspaniyada açıqlanan araşdırmaya görə uşaqlar üçün çəkilən 10 televiziya reklamından 9-da sağlam qidalanma qaydaları pozulub.