Kaliforniya Universitetinin alimləri qoji adlı giləmeyvənin (o Azərbaycanda zirinc kimi tanınır) qocalarda görməni yaxşılaşdırması qənaətinə gəliblər. Bunu deməyə alimlərin apardığı eksperiment əsas verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, eksperimentdə iştirak edən 45-65 yaş arası 13 nəfər hər gün 30 qram qoji yeyiblər.
Araşdırmanın sonunda məlum olub ki, həmin adamlarda gözün qoruyucu piqmentlərində nəzərəçarpacaq dərəcədə yaxşılaşma var.
Qoji həmçinin metobolizmanı sürətləndirir, orqanizmi gəncləşdirir.