Bu dəfə koronavirus marallarda tapıldı:  yenidən insanlara qayıda bilər
06 avqust 2021 19:52 (UTC +04:00)

Bu dəfə koronavirus marallarda tapıldı: yenidən insanlara qayıda bilər

ABŞ-da aparılan bir araşdırma nəticəsində, ölkənin bəzi yerlərində vəhşi maralların 40 faizinin koronavirus daşıyıcısı olduğu məlum olub. Araşdırmaçılar virusun inkişaf edərək insanlara daha yoluxucu bir şəkildə qayıdacağından narahatlıq keçirirlər.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bütün ağ quyruqlu maralların 40 faizində “SARS-CoV-2” ə qarşı neytrallaşdırıcı antikorlar aşkar edilib.

Miçiqan əyalətində sərbəst gəzən maralların 67 faizi qanlarında koronavirusa qarşı toxunulmazlıq əlamətləri göstərdi.Bu, vəhşi təbiətdə “SARS-CoV-2” yə geniş şəkildə məruz qalmanın ilk sübutu olub.

Tədqiqatın təsdiqlənməsi gözlənilsə də, ilkin tapıntılar narahatlıq yaradıb. Maralların heç birində virusun sağlamlıqlarına mənfi təsir göstərdiyi aşkar olunmasa də, qanlarında xüsusi antikorların olması bu yaxınlarda virusla mübarizə apardıqlarını sübut edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4776
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar