“Həm kəskin həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir”.
Bu fikirləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev bildirib:
Fazir Babayev qeyd edir ki, böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir:
“Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.
Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir”.

Bu ağır xəstələr də peyvənd oluna bilərlər – SİYAHI
Oxşar yazılar

Pis və bölünmüş yuxu yaddaş itkisinə səbəb ola bilər
3 avqust 2025 , 04:34
Qocalma prosesi 50 yaşdan sonra sürətlənir
3 avqust 2025 , 02:47
Yüksək təzyiqin ən təhlükəli əlamətləri
2 avqust 2025 , 16:36
Təhlükəli infeksiya aşkar edildi: yoluxanlar üçün ölümcüldür
2 avqust 2025 , 09:54
İnfarktdan əvvəl ürək necə ağrıyır?
1 avqust 2025 , 19:46
Qarpız yeyəndə ehtiyatlı olun: Şirin ləzzətin arxasında gizlənən təhlükələr
1 avqust 2025 , 17:40
Şişkinliyi kökündən yox edir: Hər səhər qatığın içinə 1 qaşıq əlavə edib yeyin
1 avqust 2025 , 15:39