Beyin ilə qidalanan amöb nədir -  Suya girərkən diqqətli olun
12 sentyabr 2024 04:22 (UTC +04:00)

Beyin ilə qidalanan amöb nədir - Suya girərkən diqqətli olun

İlk dəfə ABŞ-da rast gəlinən beyin yeyən amöb beyində infeksiyaya səbəb olur və adətən ölümlə nəticələnir.

Lent.az xəbər verir ki, müxtəlif ölkələrdə zaman-zaman görülə bilən beyin yeyən amöb nədir və necə ötürülür?

Xalq arasında beyin yeyən amöb kimi tanınan bu mikroorqanizmin əsl adı negleriya fouleradır.

Daha çox göl və çay kimi şirin sularda rast gəlinən təkhüceyrəli negleriya foulera yalnız burun yolu ilə ötürülür və insandan insana keçmir.

Qoxu kanalına daxil olan amöblər burun mukozasından keçərək, qoxu siniri vasitəsilə onurğa-beyin mayesində və beyində yerləşirlər. Bu zaman amöb ani ölümcül xəstəlik olan “Primer Amibik Meningoensefalit” (PAM) adlanan ani ölümcül xəstəlik olan miningitə səbəb olur.

Xəstəliyin simptomları iltihab, yüksək hərarət, ürəkbulanma, baş ağrısı və göz ağrısıdır. Qısa müddət ərzində özündəngetmə və koma ilə ölüm baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Oxşar yazılar