Baş barmağınızda ölümcül xəstəliyin gizli əlamətləri var
06 iyun 2021 18:49 (UTC +04:00)

Baş barmağınızda ölümcül xəstəliyin gizli əlamətləri var

Yel Universitetinin alimləri, insanın ölümcül bir xəstəliyin - aorta anevrizmasının potensial əlamətlərini necə müstəqil şəkildə təyin edə biləcəyini göstəriblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, aortanın fəsadı hər il on minlərlə insanın həyatını alır və əsas problem bu xəstəliyin əvvəlcədən aşkarlanmasının çətin olmasıdır. Ancaq Nyu-Heyvendəki  Yel Xəstəxanasından olan həkimlər sadə bir test hazırlayıblar.

Əlin daxili hissəsini elə qaldırmaq lazımdır ki, sanki kiməsə "dayan" deyirsən, sonra baş barmağı çeçələ barmağına mümkün qədər bərk əyməlisiniz.

 Əgər o əlinizin daxili hissəsindən kənarında qalırsa bu gizli bir anevrizmaya (anevrizma – arteriya (daha az hallarda vena) və ya ürək divarının şişkinlik şəklində qabarması deməkdir. Bu, eyni zamanda damarın divarın nazilməsi və dartılmasına da işarə edə bilər

Alimlər deyir ki, hər şey birləşdirici toxuma ilə əlaqədardır.

Bir şəxs baş barmağını bu şəkildə bükə bilirsə, ehtimal ki, aortada da daxil olmaqla, bədənin hər yerində bununla bağlı problemlər var.

Yel Aorta İnstitutunun direktoru Con A. Elefteriades, iyirmi ildir ki, tələbələrinə baş barmağı metodunu nümayiş etdirdiklərini söyləyib. Bundan əlavə, anevrizma da daxil olmaqla ürək xəstəlikləri olan 305 xəstədə test edilib. Əksəriyyəti üçün testin doğru olduğu ortaya çıxıb.

Elefteriades, baş barmaq testinin 100 faiz xəstəlik əlamətini göstərməməsinə baxmayaraq, standart tibbi müayinələrə daxil edilməli olduğunu vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6546
avatar

Oxşar yazılar