Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı son vəziyyət  AÇIQLANDI
16 yanvar 2023 15:10 (UTC +04:00)

Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı son vəziyyət AÇIQLANDI

Meymunçiçəyi virusu dünyanın bir çox ölkəsində geniş yayılmağa başlayıb. 

Görəsən, "gizli xəstəlik" adlandırılan bu virus Azərbaycanda da varmı?

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, ÜST-nın 22 dekabr 2022-ci il tarixli məlumatına görə, hazırda 99 ölkədə keçən ilin may ayından bəri 84 minə yaxın yoluxma hadisəsi qeydə alınıb. 

Onun sözlərinə görə, son zamanlar, yəni 2022-ci ilin avqust ayının axırlarından yeni yoluxmaların sayında azalmalar müşahidə edilməyə başlayıb:

"Azərbaycanda indiyədək meymun çiçəyi infeksiyasına yoluxma halı qeydə alınmayıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1662
avatar

Arzu Qurbanlı

Oxşar yazılar