Polis yanğın törədənləri  müəyyən etdi
09 avqust 2025 22:59 (UTC +04:00)

Polis yanğın törədənləri müəyyən etdi

Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb.

Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar