Arıqladan "möcüzə həb"ləri  insanlar üzərində SINAQDAN KEÇİRİLƏCƏK
08 aprel 2024 16:00 (UTC +04:00)

Arıqladan "möcüzə həb"ləri insanlar üzərində SINAQDAN KEÇİRİLƏCƏK

Texas Universitetinin alimlər qrupu arıqlamağınıza kömək edəcək yeni dərman hazırlayıb. Dərman hüceyrədə enerji istehsal etməkdən məsul olan mitoxondriyaya maqneziumun daşınmasını maneə törətməklə işləyir. Bu, artan enerji səviyyələri və daha sürətli metabolizmlə nəticələnir, daha çox kalori yandırmağa imkan verir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dərman yüksək kalorili pəhriz verilmiş siçanlar üzərində sınaqdan keçirilib.

Buna baxmayaraq, həb qəbul edən siçanlar arıqlayıblar. Onlarda xolesterol və qan şəkəri də aşağı düşüb. Bu o deməkdir ki, dərman ürək xəstəliyi riskini azaltmağa kömək edə bilər. Tədqiqat dərmanın təhlükəsiz və təsirli olduğunu göstərib. Lakin hələ insanlar üzərində sınaqdan keçirilmədiyi üçün həkimə müraciət etmədən qəbul edilməməlidir.

Komanda yaxın illərdə dərmanın insanlarda klinik sınaqlarına başlamağa ümid edir. Təsdiq edilərsə, dərman piylənmə və ürək-damar xəstəliklərinin müalicəsində sıçrayış ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3468
avatar

Fidan İlqar

Oxşar yazılar