Alkoqolu həddindən artıq istifadə edənlərin yaxınları intihara daha çox meylli olur.
Lent.az-ın məlumatına görə, bu barədə Kaliforniya Universitetinin alimləri araşdırma aparıb.
Araşdırma zamanı məlum olub ki, yaxınları, tanışları alkoqolik olan insanlarda intihara cəhd, özünə zərər vurma halları daha yüksəkdir.
Həmin insanların yaxınlarının içki probleminə görə çox narahatlıq keçirməsi bunun başlıca səbəbidir.
Belə ki, qohumları, dostları və ya həyat yoldaşlarının alkoqolik olmasından narahat olanların intihara cəhd etmə ehtimalı 3 dəfə, intihar düşüncələri 2.5 dəfə, özünə zərər vurma ehtimalı isə 1.5 dəfə çoxdur.