Kolomnada 57 yaşlı kişi həkimlərə baş ağrısından şikayət edib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, həkimlər müayinə nəticəsində xəstənin qulağında tarakan aşkarlayıblar.
Kişi deyib ki, yatdıqdan sonra ağrıları yaranır. Xəstənin özü ehtimal edib ki, onun qulağına tarakan girib.
Müayinədən sonra Moskva yaxınlığındakı həkimlər həşəratın qulaq kanalına nüfuz etdiyini və onun hərəkətlərinin kişidə ağrıya səbəb olduğunu müəyyən ediblər. Həkimlər ona lazımi köməklik göstəriblər. Sonra o, xəstəxanadan buraxılıb və hazırda evdədir.
Kolomna xəstəxanasının otorinolarinqoloqu Tatyana İliçeyavanın sözlərinə görə, tarakan qulaq pərdəsini zədələyə bilər ki, bu da sonda iltihablı prosesə gətirib çıxaracaq. Həşəratın özbaşına çıxarılması tövsiyə edilmir: bu, qulaqların zədələnməsinə səbəb ola bilər.