“Denqe” və “Zika” viruslarına yoluxmuş xəsətələr ağcaqanadları daha çox cəlb edir.
Lent.az xəbər verir ki, bunu Çinin “Sinxua” universitetinin alimləri müəyyən ediblər.
Araşdırma nəticələrinə görə, insanlar və siçanlar “Denqe” və “Zika” viruslarına yoluxarkən onların dəriləri asetofenon adlı maddə ifraz edir. Bu maddə isə ağcaqanadları özünə cəlb edir. Bu, mikrobların yaşamaq uğrunda mübarizəsi ilə əlaqələndirilir. Çünki sözügedən hər iki virus dəri xəstəliklərinin yaranmasına və yayılmasına səbəb olur. Elə buna görə də bu viruslara yoluxan xəstələr ağcaqanadlar üçün tort kimi dadlı olur.
Ağcaqanadlardan qorunmağa isə A vitaminindən hazırlanan izotretinoin adlı preparat kömək edir.