Açıq havada maska taxmaqla bağlı YENİ AÇIQLAMA
12 fevral 2021 13:50 (UTC +04:00)

Açıq havada maska taxmaqla bağlı YENİ AÇIQLAMA

“Tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da  hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir.”

Bunu Lent.az-a açıqlamasında infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Müstafayeva ötən gün müsahibəsində müsahibəmdə “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikirlərinə aydınlıq gətirən zaman deyib.

Nəzrin Mustafayeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq onun borcu olduğunu qeyd edir:

“Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilmişdir. Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7356
avatar

Nigar Adil

Oxşar yazılar