Amerikalı qadın hamiləliyin qarşısını alan kontraseptiv vasitələrdən imtina edərək, 20 uşaq doğmağı qarşısına məqsəd qoyub.
Lent.az "The Sun"a istinadən xəbər verir ki, 40 yaşlı qadın artıq 17-ci uşağına hamilədir.
Qadın inanclı biri olduğunu və Tanrının iradəsinə boyun əydiyini söyləyib.
Ana əri Karlosun şərəfinə bütün uşaqlarının adlarını baş hərfini "K" hərfi ilə qoyub. O, həmçinin, 14 ildir ard-arda hamiləlik yaşayır və bundan məmnundur.
O bildirib ki, ərinin işlədiyi təmizlik şirkətinin hesabına dolanırlar və uşaqların sayına görə müavinət almırlar.