Niyə hər gün yumurta yeməməliyik? -  SƏBƏB
21 noyabr 2021 17:24 (UTC +04:00)

Niyə hər gün yumurta yeməməliyik? - SƏBƏB

ABŞ alimləri hər gün yumurta yeməyin təhlükəli olduğunu bildiriblər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ürək xəstəlikləri ilə çox yağlı qidalar yemək arasında əlaqə tapılıb.

Mütəxəssislərin izah etdiyi kimi, sarısında çox miqdarda xolesterin var. Bu, ürək və qan damarlarının sağlamlığına son dərəcə mənfi təsir göstərir.
Mütəxəssislərin qeyd etdiyi kimi, insan həftədə üçdən çox yumurta yediyi hallarda belə, xəstəliklərin inkişaf riski var.

Ancaq həkimlər bildiriblər ki, yumurtanın həddindən artıq istifadəsi yalnız insanın fiziki aktivliyi çox aşağı olan hallarda özünü büruzə verir.

Bundan əlavə, belə bir qida artıq ürək problemlərindən əziyyət çəkən, lakin eyni zamanda çox siqaret çəkən xəstələrə mənfi təsir göstərir.

Alimlərin şərh etdiyi kimi, onlar təxminən 30 min ABŞ sakininin məlumatlarını öyrəniblər. Onların vəziyyəti 17 ilə yaxın izlənilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14340
avatar

Oxşar yazılar