Bu dondurmaları alanda  DİQQƏTLİ OLUN
04 may 2021 18:06 (UTC +04:00)

Bu dondurmaları alanda DİQQƏTLİ OLUN

Öncə dondurmanın hermetikliyinin pozulmamasına, etiketinə, tərkibindəki inqridiyentlərə, məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidir. Dondurmanın satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edilməsinə diqqət yetirmək də vacibdir.

Bundan əlavə dondurma alarkən bir çox diqqət edilməsi vacib olan məqamlar da var.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, həmin məqamları təqdim edirik.

Rəngli dondurmalara da xüsusi diqqət yetirilməlidir. Məsələn, sarı rəngdə olan limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir.

Hermetik qablaşdırılmamış dondurma satan şəxsin gigiyena qaydalarına riayət etməsinə, iş sahəsində təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsinə diqqət verilməlidir.

Dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır.

Dondurma marketlərdə bu qaydada saxlanılmalıdır:

Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalıdır.
Dondurmaların üzərinə birbaşa günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir. Dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. 

 

Dondurmalar digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanmalı deyil. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir.

 

 

 

# 1473
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Bu kartofu yemək təhlükəlidir

Bu kartofu yemək təhlükəlidir

18 may 2024 , 06:07
Şəkərdən tamamilə imtina etmək olmaz – SƏBƏBLƏR

Şəkərdən tamamilə imtina etmək olmaz – SƏBƏBLƏR

15 may 2024 , 08:34
Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotunun bilinməyən FAYDALARI

9 may 2024 , 06:47
Səhərlər acqarına 5 kişmiş yeyin

Səhərlər acqarına 5 kişmiş yeyin

4 may 2024 , 02:22
Türk qəhvəsinə buz əlavə edin, nəticə mükəmməl olacaq

Türk qəhvəsinə buz əlavə edin, nəticə mükəmməl olacaq

2 may 2024 , 06:41
Gündə 1 çay qaşığı qəbul edin, cinsi gücünüz artacaq...

Gündə 1 çay qaşığı qəbul edin, cinsi gücünüz artacaq...

2 may 2024 , 05:22
Kababı nə qədər yemək olar?

Kababı nə qədər yemək olar?

27 aprel 2024 , 07:38
Alimlər nar qabıqlarını mikrob əleyhinə dərmana çeviriblər

Alimlər nar qabıqlarını mikrob əleyhinə dərmana çeviriblər

20 aprel 2024 , 06:31