Türkiyədə yanğınları söndürən FHN əməkdaşları mükafatlandırılacaq-  SƏRƏNCAM
23 avqust 2021 15:17 (UTC +04:00)

Türkiyədə yanğınları söndürən FHN əməkdaşları mükafatlandırılacaq- SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında” sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

# 2712
avatar

Oxşar yazılar