Prezident İlham Əliyev
12 avqust 2021 16:37 (UTC +04:00)

Prezident İlham Əliyev

Prezident bu idmançıları mükafatlandırdı - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abdullayev Namiq Yədulla oğlu

Bəşirov Yaşar Eyyub oğlu

Morozov Denis Valeryeviç

Musayev Füzuli İsa oğlu

Tağıyev Qurban Vaqif oğlu.

***

Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

İkinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

Üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

***

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında da Sərəncam imzalayıb.

XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:  

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Stadnik Mariya Vasilyevna

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Ağayev Rəfael Mahir oğlu

Əliyev Hacı Azər oğlu

Zaretska İrina İqorevna

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Alfonso Dominguez Loren Berto Berto

Kindzerska İryna

Hüseynov Rafiq Radik oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayev Aslan Loğman oğlu

Əzimzadə Elman Süleyman oğlu

“Tərəqqi” medalı ilə

Cəfərov Vüsal Səfa oğlu

Məmmədov Anar Vahid oğlu

Məmmədov Orxan Rasim oğlu

Məmmədov Rəşad Nizami oğlu

Hüseynov Radik Rafiq oğlu

Tarakanov Aleksandr Petroviç

Horta Dominguez Humberto.

# 4434
avatar

Oxşar yazılar