Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Lent.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
K. Heydərov Azərbaycanda fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.