Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, sərəncama əsasən, XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan dmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
birinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;
ikinci yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat;
üçüncü yeri tutan hər bir idmançıya 50 000 manat, onun məşqçisinə 25 000 manat.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.