Ötən gecə Moskvada Lesnoy küçəsində altımərtəbəli binada yanğın olub.
Lent.az-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, binada üçotaqlı mənzildə baş verən mənzildə yanğın söndürülüb.
Mənzildə SSRİ dönəmində “Göydə mərkəz” filmində rolu ilə məşhurlaşan aktrisa Lyudmila Suvorkinanın yanmış meyiti aşkarlanıb.
Qeyd edək ki, Lyudmila Suvorkina 25 yanvar 1951-ci ildə anadan olub. Tula və Çelyabinsk teatrlarında, 1978-ci ildən isə Kiçik Teatrda çalışıb, uşaq teatrının əsasını qoyub, kinolarda yer alıb.