Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.04.2025-ci il tarixində saat 22:30 radələrində Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Lent.az-a TƏBİB-dən xəbər verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Qeyd edilib ki, 1964-cü il təvəllüdlü şəxsə baldırın sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda Müştərək travma şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1985-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması ilə zəruri tibbi yardımlar göstərilib və dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.
***
saat 01.05
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
İlkin məlumata görə "Aero ekspress" avtobusu evakuatorla toqquşub.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.
Avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.