Naxçıvanda 39 yaşlı kişi intihar edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, şəhərin 36-cı məhəlləsində yerləşən evdə kirayədə yaşayan Adəm Həziyev orada intihar edib.
A.Həziyevin Naxçıvan Təmizlik İdarəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.