Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi
24 dekabr 2021 15:23 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi

Dekabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan  Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Lent.az-a Prezidentin mətbuat xidmətindən məlumat verilib.

TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

# 1632
avatar

Oxşar yazılar