Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sizə sosial şəbəkədə “Ev yemekleri” adı ilə tanınan səhifəyə istinadən vitaminli, asan və dadlı “Vineqred” salatının hazırlanma qaydasından danışacağıq.
Tərəvəzlərdən hazırlanan vineqred salatının qədim tarixi var. İlk dəfə Avropada hazırlanmış bu soyuq qəlyanaltı öz adını fransız dilində "vinaigre" (sirkə) sözündən götürüb. Çünki salatın tərkibinə bitki yağından əlavə sirkə də qatılır. Təbii ki, bu zövq məsələsidir.
Lazım olan ərzaqlar:
4 ədəd orta boy kök
4 ədəd orta boy çuğundur
6 ədəd orta boy kartof
2 ədəd xırda qırmızı soğan
2 stəkan bişmiş lobya
3 ədəd orta boy duzlu xiyar
200 qram molokan kələmi
Zövqə görə
Duz, istiot
150 ml duru yağ
1 dəstə cəfəri
Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.
Nuş olsun!