Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə tanınan səhifəyə istinadən çox dadlı və ətirli biskvit reseptini sizinlə bölüşürük. Sovet dövründə çəki ilə satılan bu ləzzətli və məşhur biskvit sizi keçmişə aparacaq. Soyuq havalarda isti çayın yanına hazırlaya biləcəyiniz bu şirniyyat, həm də çox asandır.
Lazım olan ərzaqlar:
4 ədəd yumurta
300 qram şəkər tozu (200 ml-lik stəkanla 1,5 stəkan)
1 çimdik duz
240 ml süd
70 qram kərə yağı
2 bağlama şəkərli vanil
350 qram un (2 stəkan +3 dolu xörək qaşığı )
1 bağlama qabartma tozu
Tavanın uzunu 33 sm, eni 23 sm
180 dərəcəli sobada 35-40 dəqiqə ərzində bişir
Hazırlanma qaydasını videodan izləyə bilərsiniz.
Nuş olsun!