Sentyabrda bu balıqları yeyin -  SİYAHI
03 sentyabr 2021 19:57 (UTC +04:00)

Sentyabrda bu balıqları yeyin - SİYAHI

Sentyabr ayının gəlişi ilə balıq yemə mövsümü də başlayır. Bildiyimiz kimi, balıq omeqa-3, keyfiyyətli zülallar, vitaminlər və minerallar baxımından zəngindir. B qrupu B1, B3, B6, B12 vitaminləri və yağda həll olunan A vitamini üçün yaxşı bir qaynaq olaraq bilinən balıq eyni zamanda folik turşusu, fosfor, kalsium, yod və selenium çox zəngin bir qidadır.

Bu məqamda hansı balığın hansı ayda yeyilməsinin sağlamlıq üçün daha faydalı olacağı böyük əhəmiyyət kəsb edir.

"Sentyabrda hansı balıqlar yeyilir?" soruşanlar üçün Lent.az siyahını açıqlayır.

Bonito: Bonito balığında çox miqdarda kalium var. Kalium bədən sistemlərinin, xüsusən ürək, əzələ və sümük sağlamlığının düzgün işləməsinə kömək edir.

Çipura: Əti dolğun, ağ rəngdədir və az miqdarda pulçuqludur. Kalsium və dəmirlə zəngindir. Tərkibində göz sağlamlığı üçün çox faydalı olan bol miqdarda A vitamini və fosfor var.

Levrək: Vitamin və mineralları sayəsində qan təzyiqini tarazlaşdırmağa və immunitet sistemini gücləndirməyə kömək edir. Eyni zamanda tərkibindəki yod, maqnezium oynaqları və sümükləri gücləndirir.

Sardina: Yağ turşuları baxımından çox zəngin olan sardina həm də kalsium baxımından güclü bir balıqdır. Sümük və diş sağlamlığını qoruyur, bədəndəki iltihabı azaldır.

Kefal: Omega-3 yağ turşuları ilə çox zəngindir. Ürək-damar sağlamlığını qoruyur, qaraciyər funksiyalarını dəstəkləyərək bədəni enerji ilə təmin edir.

Qırmızı kefal: Tərkibindəki çox miqdarda selenium sayəsində bədənin toksinlərdən təmizlənməsinə kömək edir. Tərkibindəki A vitamini yüksəkdir, göz sağlamlığını qoruyur və ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Çinakop: Ürək sağlamlığına yaxşı təsir edir. Tərkibindəki B12 vitamini sayəsində sinir və həzm sistemini qoruyur.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7134
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar