Göbələk peçenyeleri
06 aprel 2021 19:14 (UTC +04:00)

Göbələk peçenyeleri

Qəlp olmadan hazırlanan göbələk peçenyeleri: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sizə sosial şəbəkədəki “Ağababa Ağababa” səhifəsinə istinadən fərqli dada malik şirniyyatın hazırlanma qaydasından danışacağıq. Uşaqların da sevimli şirniyyatı olan göbələk peçenyeleri çay süfrənizin bəzəyinə çevriləcək. Hətta bunu əlinizdə xüsusi şirniyyət qəlpləri olmadan hazırlaya biləcəksiniz.

Göbələk peçenyesini hazırlamaq üçün bizə lazım olan ərzaqlar bunlardır:

Xəmiri üçün:

Kərə yağı-100qram

Şəkər tozu-100qram

Xama və ya süzmə qatıq-100qram

Bal və ya mürəbbə məti -50qram

Yumurta-1 ədəd

Bir az duz

Qabartma tozu- 1 çay qaşığı

Şəkərli vanil- 1 çay qaşığı

Un- 400qram

Bəzəyi üçün:

Şəkər kirşanı- 200qram

1/2 limonun şirəsi

Qara şokolad- 100qram

Duru yağ- 1 xörək qaşığı

Qeyd edək ki, bu qədər xəmirdən 27 ədəd göbələk peçenyesi alınır. Göbələklərin papaqları üçün 20-21 qram, gövdəsi üçün 10-11 qram xəmir götürürük. 180 dərəcəli sobada 20-25 dəqiqə bişirilir. Hazırlanma qaydasını təqdim edəcəyimiz videoda izləyə bilərsiniz.  Nuş olsun!

Fiqur olmadan hazırlanan göbələk peçenyeleri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6198

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54