Nağıl kimi şirniyyat -  Lent.az-ın MƏTBƏXİNDƏ
21 aprel 2021 19:07 (UTC +04:00)

Nağıl kimi şirniyyat - Lent.az-ın MƏTBƏXİNDƏ

Ramazan ayında oruc tutanlar iftar və imsaq süfrələrinin reseptləri ilə maraqlanırlar. Dadlı, eyni zamanda doyumluluq hissi yaradan yeməklər isə hər bir oruc tutanın diqqət mərkəzində olur.

Bu dəfə Lent.az-ın mətbəxi layihəsində sosial şəbəkədə məşhur olan “Dadlı mətbəxim” səhifəsinə istinadən fərqli dada malik şirniyyatdan söz açacağıq. Asan hazırlanması ilə diqqət çəkən bu şirniyyat görüntüsü ilə sizi valeh edəcək.

Bu şirniyyatı hazırlamaq üçün bizə hansı ərzaqlar lazımdır?

1 litr süd

6 yemək qaşığı nişasta

1 stəkan şəkər tozu

1 qutu vanil

1 ədəd banan

6-7 ədəd peçenye

300 qram albalı

Sadə hazırlanması və ləziz dadı ilə süfrənizin bəzəyinə çevriləcək bu şirniyyatı bişirməyə elə indi başlayın.

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.  

Nuş olsun!

 

 

Nağıl kimi şirniyyat - Lent.az-ın MƏTBƏXİNDƏ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3597
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar