Evdə hazırlanan turşunun 8 faydası – BUNU BİLMİRSİNİZ
09 sentyabr 2021 22:14 (UTC +04:00)

Evdə hazırlanan turşunun 8 faydası – BUNU BİLMİRSİNİZ

Kələmdən badımcana, bibərdən kökə, pomidordan xiyara qədər çoxlu çeşidi ilə qış yeməklərinin vazkeçilməyəni olan turşular, özünəməxsus ləzzəti ilə həm ağzımızı dada gətirir, həm də sonsuz sayda faydası var.

Lent.az xəbər verir ki, qida mütəxəssislərinin sözlərinə görə, turşular xüsusilə evdə, şüşə qabda, uyğun şərtlərdə hazırlandıqda və dozada istehlak edildikdə faydalı olur.

Amma turşularda yüksək natrium olduğu üçün; Yüksək qan təzyiqi, şəkərli diabet, böyrək çatışmazlığı və mədə xəstəlikləri olanlar xəstəlik səviyyəsinə görə yaxşı olar ki, az miqdarda qəbul etsin. Xüsusilə hazır turşuların natrium nisbətləri daha yüksək olduğu üçün riski artırır. Buna görə də turşu yediyiniz gün bol su içməyiniz məsləhətdir.

Sadəcə, sirkə və duzdan hazırlanan ev turşusunun 8 faydası var.

Soyuqdəymədən qoruyur

Turşusu hazırlanan tərəvəz və meyvələrdə immunitet sistemini gücləndirən bir çox vitamin, mineral və antioksidan var. Fərqli tərəvəz turşusu yemək, bədənə alınan antioksidanların çeşidini artırdığı üçün daha çox faydalı olur. Bu da soyuqdəyməyə qarşı bir növ qalxan rolunu oynayır.

İmmuniteti gücləndirir

Turşu bütövlükdə immunitet sistemini qoruyur və gücləndirir. Bu qoruyucu fəaliyyəti tərkibindəki probiyotik bakteriyalarla edir. Fermentasiya olunmuş bir qida olduğu üçün bakteriyalarla zəngindir. Bu bakteriyalar bağırsaq florasını zənginləşdirir, yəni güclü bağırsaq florası güclü immunitet sistemi deməkdir. Turşu ilə birlikdə gələn faydalı bakteriyalar bağırsaqlarda K vitamini istehsalını da dəstəkləyir. K vitamini, yaralanmalardan sonra qan laxtalanmasında rol oynayır. Tiamin və riboflavin kimi B qrupu vitaminlərinə də kömək edir. Tiamin sinir sistemini qorumağa və yaddaşı gücləndirməyə kömək edərkən, depressiyaya qarşı qoruyucu rola malikdir. Həm tiamin, həm də riboflavin karbohidrat və yağ mübadiləsində rol oynayır.

Qan şəkərini balanslaşdırır

Turşu çox miqdarda lif ehtiva etdiyindən, xüsusən yeməklə birlikdə yeyildikdə, yeməyin mədədən çıxma vaxtı ləngiyir, insulin ifrazı balanslaşdırılır. Ancaq şəkərli diabetiniz varsa, turşu yemək qan təzyiqinizin yüksəlməsinə səbəb ola bilər. Bu böyrəkləriniz üçün risk yarada bilər. Şəkərli diabet xəstələri turşuları çox nəzarət altında istehlak etməli və ya heç istifadə etməməlidir.

İdmançılarda krampları azaldır

Məşq zamanı tərlə birlikdə bir çox mineral itirildiyindən susuzlaşmaya, yəni maye itkisinə səbəb olur. Həm turşu, həm də turşu suyu itirilmiş mayeləri və mineralları əvəz etmək üçün ən yaxşı üsuldur. Tədqiqatlar turşu suyu istehlakının idmançılarda məşqdən sonra yaranan krampları azaltdığını göstərir.

Xərçəngə qarşı qoruyucu

Xüsusilə sarımsaq və gül kələm turşusunda olan flavonoidlərin antioksidan qabiliyyəti daha yüksəkdir. Bu da xərçəngə qarşı qoruyucu rolunu oynayır.

Maddələr mübadiləsini sürətləndirir və zəiflədir

Turşular bədəndə yağ yığılmasına maneə törədir. Maddələr mübadiləsini sürətləndirməyin, qəbizliyə qarşı təsirli olmağın və aşağı kalorili olmasının təsiriylə turşu diyetdə olanların arıqlamasına kömək edir. Lifli bir qida olaraq, toxluq müddətini uzadaraq bu prosesi də dəstəkləyir.

Qəbizliyə qarşı təsirlidir

Çox lifli quruluşu və tərkibində mayalanmış bakteriyalarla bağırsaq sağlamlığını qoruyan bir qidadır. Bağırsaq florasının sağlamlığı müntəzəm bağırsaq hərəkətləri üçün vacibdir. Eyni zamanda, yüksək lifli tərəvəz və meyvələrdən hazırlanan turşular, bu şəkildə nəcisin həcmini artıraraq, metabolik tullantıların bədəndən daha asan çıxarılmasına imkan verir.

Ürək - damar xəstəliklərindən qoruyur

Sağlam insanların turşu istehlakı onların ürək -damar xəstəliklərindən qoruyur. Turşu bir çox faydalı bakteriya ehtiva edir və bu bakteriyalar bağırsaq florasını tənzimləyir. Bağırsaq florasında probiotik bakteriyaların sıxlığını və müxtəlifliyini artırmaq ürək -damar xəstəliklərindən qoruyur. Turşu ürək-damar xəstəliklərindən qoruyan başqa bir rolu, yüksək antioksidan və vitamin-mineral tərkibi ilə damar sağlamlığını qorumaq qabiliyyətinə sahib olmasıdır. Ancaq bu qoruma sağlam insanlar üçün keçərlidir. Turşu həftədə 2-3 gün yeyilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23406
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar