Restoran sözünün mənşəyinə baxdıqda, onun yemək sənəti ilə arasındakı oxşarlıqlar ön plana çıxır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyada ilk restoran anlayışının nə vaxt yarandığı ilə bağlı iki iddia var.
Tarixi qeydlərdə ilk restoranın 1766-cı ildə Fransada açıldığı bildirilir. Ancaq “National Geographic”in iddiasına görə, ilk restoran 1280-ci ildə Çində açılıb.
Yemək sənətinin başlanğıcı kimi Mesopotamiya götürülür və daha sonra Çin və Anadolu mətbəxləri kimi mədəniyyətlərə bölünür.
Kulinariya mədəniyyətləri həmişə bir-birinə təsir edib və indi də davam edir. Məsələn, Çin mətbəxi Yapon və Koreya, Mesopotamiya isə Anadolu və Fransız mətbəxinə təsir edib.
Restoranlar indiki anlayışdan fərqli olaraq qədimlərdə ancaq varlılara xidmət edən yerlər kimi ortaya çıxıb. Tarixi mənbələrə görə, ilk restoran anlayışı 1700-cü illərdə Fransada yaranıb.
Hazırladığı şorbaların sağlamlığa faydalı olduğunu düşünən Boulanger adlı şəxs onları restoran konsepti adı ilə satmağa başlayıb. Lakin bu addımı o vaxtlar hamı qəbul etməyib.
Çörəkçilər və aşpazlar qrupu bu vəziyyətə qarşı çıxıb və öz narazılıqlarını bildiriblər.
Boulanger isə biznesini leqallaşdıraraq davam edib və bu gün hər yerdə gördüyümüz restoranların ilk təməlini qoyub.
Amma bəzi mənbələrə görə, ilk restoran Çində açılıb. Tarixçi Marko Polo deyir ki, hələ 12-ci əsrdə Çindəki restoranlarda indiki kimi menyular və ofisiantlar var idi. Başqa bir iddiaya görə, ilk restoranı açan şəxs Mathurin Roze de Şantoiseaudur. Hətta o, 1766-cı ildə Parisdə xüsusi reseptlə hazırlanan yeməklər təklif edən restoran açır, amma tarix kitablarında Boulangerin adı keçir. Edison və Teslada olduğu kimi...
Türk dilində işlənən restoran sözü “lokal” ilə eyni kökdən gəlir. Türk mətbəxində Osmanlı dövründə gündəlik həyatda aşpazlar, dükançılar, kababçılar, küftəçilər olub.
Türkiyədə ilk tanınan restoran isə 1888-ci ildə İstanbulun Qalata şəhərində xidmət göstərən Viktorya idi. Sonralar onun adı dəyişdirilərək Abdullah Əfəndi olub. Restoranda eyni vaxtda bir çox yeməklər təklif edilirdi. Qadınlar üçün ayrıca oturacaq, dövlət ağsaqqallarını qəbul etmək üçün yer və içki satışı var idi. Restoranın hazırkı adı Hacı Abdullahdır və burada daha çox Osmanlı xörəkləri hazırlanır.