Doğranmış lavaşdan çox dadlı qəlyanaltı   RESEPTİ – Bəyənəcəksiniz - VİDEO
20 sentyabr 2024 19:38 (UTC +04:00)

Doğranmış lavaşdan çox dadlı qəlyanaltı RESEPTİ – Bəyənəcəksiniz - VİDEO

Evdə lavaş və pendir varsa, ondan möhtəşəm qəlyanaltı hazırlaya bilərsiniz. Hazırladığını bu lavaş piroqu həm çox dadlı, həm də çox asan olacaq. 

Lent.az bu möhtəşəm resepti təqdim edir: 

Lazım olan ərzaqlar: 

Lavaş - 220 qram;

Yumurta - 4 ədəd;

Süd - 250 ml;

Ağ pendiri - 250 qram;

“Suluguni” pendiri - 150 qram;

Yağ - 4 yemək qaşığı;

Göyərti - bir dəstə.

Hazırlanması:

Yumurtaları süd və bitki yağı ilə çalın. Doğranmış göyərti, sürtgəcdən keçirilmiş pendiri və doğranmış lavaşı əlavə edin. Hər şeyi yaxşıca qarışdırın ki, lavaşlar tamamilə nəmlənsin və perqamentlə örtülmüş bir qaba qoyun. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 35 dəqiqə qızarana qədər bişirin.

Hazırlanma qaydasına aşağıdakı videoda baxa bilərsiniz.

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5376
avatar

Sevinc Fərid

Oxşar yazılar