Azərbaycan mətbəxi ABŞ mediasında - FOTO
27 fevral 2021 03:39 (UTC +04:00)

Azərbaycan mətbəxi ABŞ mediasında - FOTO

ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan "Washington Post" ABŞ paytaxtında Azərbaycan mətbəxini təmsil edən "Şərbət" şirniyyat evindən reportaj hazırlayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, yazıda Vaşinqton şəhərində Azərbaycan şirniyyat evinin yaranma tarixçəsi barədə məlumat verilir, bu məkanın adının qızılgül ləçəkləri və ya zəfərandan hazırlanan milli içkidən götürüldüyü, şərbətin, həmçinin Azərbaycanın ən məşhur şirniyyatı olan paxlavaya vurulan sirop olduğu qeyd olunur. Azərbaycan paxlavasının forması, zərif dadı və nazik ləçəklərinin onu digər xarici şirniyyat növlərindən müsbət mənada xeyli fərqləndirdiyi bildirilir. Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadən, regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir. Bundan əlavə Novruz bayramının simvollarından olan şorqoğal, şəkərbura və şirniyyat evində hazırlanan digər milli və beynəlxalq un məmulatları barəsində məlumat verilir və onların nəfis fotorəsmləri təqdim olunur.

Ümumiyyətlə qeyd etmək istərdik ki, son zamanlar ABŞ paytaxtında Azərbaycan mətbəxinə marağın artması müşahidə olunmaqdadır. Bu özünü nüfuzlu mətbu orqanlarında ölkəmizin mətbəxinə həsr olunan guşələrdən özünü göstərməkdədir. "Şərbət" şirniyyat evi qısa müddətdir ki, açılmasına baxmayaraq, Vaşinqton və yaxın şəhərlərin sakinləri arasında böyük populyarlıq qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3713

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54