Ağızda əriyən şokoladlı tort resepti - Tort Ferrero Rocher
02 iyun 2023 18:41 (UTC +04:00)

Ağızda əriyən şokoladlı tort resepti - Tort Ferrero Rocher

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən inanılmaz ləzzətli, çox asan hazırlanan və ağızda əriyən yumşaqlıqda tort reseptini təqdim edirik: 

Lazım olan ərzaqlar:

Stəkan ölçüsü 200 ml.

Forma 20 sm.

Keks üçün

3 ədəd yumurta

1/2 stəkan şəkər tozu

1 paket şəkərli vanilin

1 çimdik duz

2 yemək qaşığı duru yağ

3 yemək qaşığı süd

1/2 stəkan un

3 yemək qaşığı kakao

1 çay qaşığı qabartma tozu

Krem üçün:

400 qram krem pendir

1 stəkan 33 faizli qaymaq (soyuq)

200 qram şokolad yağı

50 qram qovrulmuş fındıq

Üzəri üçün

100 qram şokolad

1/2 stəkan qaymaq (qızdırılmış)

50 qram qovrulmuş fındıq

Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.

Nuş olsun!


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6036
avatar

Oxşar yazılar