Yaşar Nuri
06 sentyabr 2021 13:33 (UTC +04:00)

Yaşar Nuri

Yaşar Nurinin yubileyi məzarı başında qeyd edildi - FOTO

Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi, aktyorun ailəsi və teatrsevərlər məzarını ziyarət ediblər.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, mərasimi giriş sözü ilə açan Xalq artisti Hacı İsmayılov Yaşar Nurinin Azərbaycan mədəniyyətində tutduğu yerdən bəhs edib.

“Bu gün biz görkəmli sima, xalqın sevimlisi Yaşar Nurinin məzarı önündəyik. İlin əvvəlində biz teatr olaraq qərara gəldik ki, Yaşar Nurinin yubileyini teatrda keçirək. Ancaq mövcud şəraitlə əlaqədar olaraq planımız alınmadı. Biz Yaşarla çox səmimi dost olmuşuq. Düzü, onunla dost olmamaq mümkün də deyildi. Allah ona rəhmət eləsin” –  o bildirib.

Xalq artisti Rafiq Əzimov da aktyorla bağlı xatirələrini bölüşüb: “Əziz teatrsevərlər, çox təəssüflər olsun ki, biz onun 70 illik yubileyini bu gün onun məzarı önündə qeyd edirik. Yaşar Nuri Azərbaycan mədəniyyətində bir nömrəli aktyor kimi özünü nümayiş etdirib. Yaşar Nuri təkcə komediya rollarında çıxış etməyib. O, həm də faciə rollarını yüksək səviyyədə oynayıb. Yaşar Nuri, biz səni çox sevirik”.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatrda və kinoda komik, psixoloji və dramatik rolların məharətli ifaçısı kimi tanınan Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5334

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15