BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə qurumu (YUNESKO) dünyanın mədəni irsi siyahısına əlavələr edib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, iyunun 21-də YUNESKO-nun Dohada (Qətərini paytaxtı) keçirilən iclasında mədəni irs siyahısına 4 mədəniyyət obyekti daxil edilib. Həmin obyektlər İraq, Səudiyyə Ərəbistanı, Yaponiya Niderlandda yerləşir.
Onlardan biri İraqın şimalında, Ərbil şəhərindəki qaladır. O biri Səudiyyə Ərəbistanının Ciddə şəhəridir.
Başqa biri Yaponiyanın Tomioka şəhərindəki ipək istehsalı fabrikidir.
Dördüncü isə 1920-ci illərdə tikilən Niderlandın Nellefabrikdir.