Bu gün Akademik Dram Teatrda Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayı keçirilir. Lent.az-ın məlumatına görə, qurultayda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Fikrət Qoca, Sabir Rüstəmxanlı, tanınmış qazax yazıçı Oljas Süleymenov və başqaları iştirak edir.
Xalq yazıçısı Anar bildirib ki, qurultay nümayəndəsi seçilən 439 nəfərdən 364 nəfəri qeydiyyatdan keçərək qurultayda iştirak edir.
Dünyasını dəyişən yazıçıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurultay işini davam etdirir.