Şuşa teatrı qastrolda olub
20 iyun 2014 21:42 (UTC +04:00)

Şuşa teatrı qastrolda olub

Şuşa  Dövlət  Musiqili  Dram  Teatrı cənub  bölgəsində qastrol səfərində olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, teatrın truppası Yardımlı rayonundan sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanın vəziri” komediyası ilə çıxış edib.

 

Mədəniyyət  və  Turizm Nazirliyinin  sifarişi əsasında Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi  münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru  əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimovdur.

 

Tamaşaçıların maraqla izlədikləri komediyada rolları  respublikanın  əməkdar  artistləri   Şükufə Musayeva, İqrar Salamov, aktyorlardan Püstəxanım Zeynalova, Etibar Cəfərov, Sevinc Ağayeva və digərləri  ifa ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar