Son 4-5 ildə ölkə ərazisində 1705 abidə aşkar olunub - <span style="color:red;">YENİLƏNİB
11 mart 2014 19:26 (UTC +04:00)

Son 4-5 ildə ölkə ərazisində 1705 abidə aşkar olunub - YENİLƏNİB

“Son 4-5 ildə ölkə ərazisində 1705 abidə aşkar olunub”. Lent.az-ın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin bugünkü “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə dövlət proqramı”nın təqdimat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir onu da qeyd edib ki, son illərdə nazirliyin fəaliyyəti daha çox qeyri-maddi mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasına yönəldilib: “2008-ci ilə qədər 6308 tarixi abidə qeydə alınıb. Qobustan abidələri dünya mədəni irs siyahısına müəyyən şərtlərlə daxil olmuşdu. Həmin şərtlərin hamısı ödənildi və Qobustan bu gün Avropanın ən yaxşı muzeyləri siyahısındadır”.

 

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli tarixi və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində indiyə qədər görülən işlərin pərakəndə və sistemsiz şəkildə aparıldığını deyib. O bildirib ki, dövlət proqramı hazırlandıqdan sonra bu sahədəki işlər sistemli şəkildə öyrəniləcək.

 

İ. Həbibbəyli təklif edib ki, tarixi abidələrin pasportlaşdırılması ilə bağlı gələcəkdə üç dildə olan kataloqlar nəşr edilsin. Onun sözlərinə görə, müəllifləri mübahisəli olan abidələrin öyrənilməsi AMEA-nın qarşısında yeni səhifə açır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar