Martın 13-ü və 14-də Rus Dram Teatrının səhnəsində rus aktyorlarının ifasında “Kirayə gəlin” komediyası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada Rusiyanın xalq artisti Aleksandr Mixaylov, əməkdar artistlər Yelena Proklova, Mixail Bezobrazov, aktrisalar Yuliya Taşkina və Mariya Rasskazova iştirak edir.
Qeyri-ordinar süjet xətti, istedadlı oyun vəd edən tamaşaya biletləri teatrın kassalarından əldə etmək mümkündür.