Gənc müğənni Ramal "İstanbul" adlı yeni mahnını ifa edib. Lent.az-ın məlumatına görə, mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə əməkdar artisti Elza Seyidcahana məxsusdur. Yeni mahnı və klip artıq televiziya kanallarında və radiolarda təqdim olunmağa başlayıb. Ramal bildirib ki, mahnının ilk təqdimatı Şimali Kipr Türk Cümhuriyyətində keçirilən "İlin Ən Yaxşıları" mükafatlandırma mərasimində edilib və tədbirin bağlanışı da məhz bu mahnı ilə olub.
Mahnının yüksən səviyyədə bəyənildiyini deyən Ramal bildirib ki, o, sözügedən tədbirdə “İlin ən yaxşı yabançı sənətçisi” nominasiyasında mükafat qazanıb.
http://www.youtube.com/watch?v=PG9IqJyP-u0