Konsertdə  XƏYANƏT görüntüləri   yayılan rəhbər işdən qovuldu  -  VİDEO
21 iyul 2025 17:56 (UTC +04:00)

Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu - VİDEO

Bostonda keçirilən Coldplay konsertində gözlənilmədən baş verən qalmaqal stadionun hüdudlarını aşaraq geniş rezonansa səbəb olub. Kadra təsadüfən düşən cütlüyün qucaqlaşma anı çəkilmiş video təkcə internetdə memə çevrilməklə kifayətlənməyib, həm də həmin şəxslərin karyerasını məhv edib.

Lent.az xarici mənbəyə istinadən xəbər verir ki, həmin videoda yer alan kişi – Astronomer şirkətinin icraçı direktoru Endi Bayron işindən məhrum olub.

Coldplay konsertində çəkilən video niyə viral olub və qəhrəmanlarına necə təsir edib?

Konsert zamanı ənənəvi interaktiv hissə təşkil olunub. Kamera cütlükləri axtarırdı və kadra düşənlər öpüşməli idilər. Birdən-birə böyük ekranda bir kişi və qadın görünüb – onlar bir-birini mehribanlıqla qucaqlayıblar. Kameranın onları çəkdiyini anlayan kimi dərhal utanıblar və üzlərini gizlətməyə çalışıblar.

Lakin bu sadəcə utanma deyilmiş. Videoda görünən şəxslərin – Bayron və onun həmkarı Kristin Kabotun – rəsmi olaraq ər-arvad olmadığı ortaya çıxıb. Halbuki Bayronun həyat yoldaşı və uşaqları var. Bu hadisə ictimaiyyətdə böyük qalmaqala səbəb olub və videodakı xəyanət anı çox sayda memlə nəticələnib.

Sosial şəbəkələrdəki zarafatlarla məsələ bitməyib. Bayronun yüksək vəzifə tutduğu Astronomer şirkəti daxili araşdırmaya başladığını və onun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıldığını bildirib. Bir neçə gün öncə bu, "məcburi məzuniyyət" adlandırılsa da, 19 iyulda onun istefa verdiyi rəsmən açıqlanıb.

Şirkətin bəyanatında belə deyilir:

"Astronomer qurulduğumuz gündən bəri rəhbər tutduğumuz dəyərlərə və mədəniyyətə sadiqdir. Liderlərimizin həm davranış, həm də hesabatlılıq baxımından yüksək standartlar qoyması gözlənilir. Lakin son zamanlar bu standartlara riayət olunmayıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar