Prezident İlham Əliyev akademiklə bağlı sərəncam imzaladı
01 iyun 2015 19:13 (UTC +04:00)

Prezident İlham Əliyev akademiklə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, 2015-ci ildə Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olur. 

 

Prezident Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademikin yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi və bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi üçün Nazirlər Kabinetinə tapşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223

Oxşar yazılar