Nərgiz Cəlilova dəvət gözləyir
14 noyabr 2012 16:36 (UTC +04:00)

Nərgiz Cəlilova dəvət gözləyir

“Heç bir əyləncə, televiziya, internet teatrı əvəzləyə bilməz”. Lent.az-ın məlumatına görə, bunu tanınmış teleaparıcı Nərgiz Cəlilova ikinci dəfə keçirilən “Gənclərin II Ümumrespublika Teatr festivalı”ndan danışarkən deyib. Sözügedən festivalı yüksək qiymətləndirən teleaparıcı bildirib ki, festival teatrın inkişafına təkan verəcək: “Artıq ikinci dəfədir ki, bu festival təşkil olunur. Keçən il də mən də bu festivalda iştirak edirdim və çox məmnun qaldım. Hamılıqla bu festivalı təqdir etdik. Bu festivalın ən böyük əhəmiyyəti həm də ondan ibarət idi ki, bölgələri əhatə edirdi. Bölgə gənclərinə bu festivalda öz sözlərini demək üçün şərait yaradıldı. Eyni zamanda, teatrın inkişafı və gənclərə dəstək baxımından bu festivalın əhəmiyyəti danılmazdır. Buna görə mən təşkilatçılara və başda festivalın ideya rəhbəri, millət vəkili Jalə xanım Əliyevaya minnətdarlığımı ifadə edirəm”.

Tanınmış aparıcı növbəti ildə keçiriləcək festivalda da iştirak etmək üçün dəvət gözlədiyini deyib: “Dəvət gözləyirəm və böyük məmnuniyyətlə, bu festivala qatılardım. Teatr sənəti hər zaman olub və olacaq da. Heç bir əyləncə, televiziya, internet teatrı əvəzləyə bilməz. Teatr canlı ünsiyyətdir. Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı"nı alqışlayıram. Bu festivalın davamlı olmasını arzulayıram. Onu da deyim ki, bu festival mövzu seçimi baxımından da maarifləndirici rol oynayır”.

Qeyd edək ki, Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51