Keçəçioğlu Məhəmmədin 150 illiyik yubileyi keçiriləcək
02 oktyabr 2014 14:22 (UTC +04:00)

Keçəçioğlu Məhəmmədin 150 illiyik yubileyi keçiriləcək

Oktyabrın 3-ü saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin 150 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, ifaçılar Qocaq Əsgərov, Güllü Muradova, Səbinə Ərəbli, Elnur Zeynalov, Aytən Məhərrəmova, Vüsalə Musayeva və başqaları çıxış edəcəklər.

 

Qeyd edək ki, Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Məhəmməd Məşədi Xəlil oğlu milli musiqimizin qədim tarixi köklərə malik ənənələrini layiqincə yaşadıb, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyət xəzinəsinə qiymətli töhfələr verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar