İlhamə Quliyeva nəyə hazırlaşır?
06 may 2013 13:01 (UTC +04:00)

İlhamə Quliyeva nəyə hazırlaşır?

Xalq artisti İlhamə Quliyeva Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ölkəmizin bir sıra bölgələrinə səfər edib. Bu barədə Lent. az-a sənətkarın mətbuat katibi Faiq Ələkbərli xəbər verib. O, bildirib ki, İlhamə xanım  ilk olaraq Beyləqana  yollanıb. Orada  pərəstişkarlarına ən sevilən mahnılarını ifa edib. Xalq artisti daha sonra Astaraya gedib.  Astarada  o, musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan “Xalq Heydər - Heydər Xalq” mahnısını ifa edib.

 

Qeyd edək ki, xalq artisti hazırda Masallıdadır.   

# 1870
avatar

Yalçın UĞUR

Oxşar yazılar