Fransada “Parisdən məktublar” sənədli filmi nümayiş olunacaq
02 oktyabr 2014 12:31 (UTC +04:00)

Fransada “Parisdən məktublar” sənədli filmi nümayiş olunacaq

Oktyabrın 6-da Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında çəkilmiş “Parisdən məktublar” sənədli filmə baxış keçiriləcək. Bu barədə Lent.az-a kinostudiyadan məlumat verib.

 

 

Tədbirdə Fransanın ictimai-siyasi xadimləri, filmin baş məsləhətçisi, diplomat Ramiz Abutalıbov, səfirliyimizin nümayəndələri iştirak edəcək. Tədbirin təşkilatçısı Azərbaycanın Fransadakı səfirliyidir.

 

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri və AXC parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun siyasi fəaliyyətinə həsr edilmiş filmin rejissoru Tahir ƏLiyev, ssenari müəllifi İntiqam Qasımzadədir. Film fransız dilinə tərcümə olunub.

 

 

Qeyd edək ki, filmin təqdimatı bu ilin aprel ayında Bakıda olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar