Bakıda caz festivalı keçiriləcək
07 oktyabr 2014 10:30 (UTC +04:00)

Bakıda caz festivalı keçiriləcək

Oktyabrın 19-dan 30-dək Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Filarmoniyası, Mahnı teatrı və Caz Mərkəzində keçiriləcək festivalda Azərbaycanın tanınmış caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, “Rast” qrupu, "Cəngi" caz qrupu və istedadlı gənc caz musiqiçiləri solo proqramlarla çıxış edəcəklər. Həmçinin dünyanın tanınmış cazmenləri - Terence Blanchard, Stanley Clarke, Craig Taborn, Anat Cohen, Michel Camilo, Trilok Gurtu, Terri Lyne Carrington və başqalarının çıxışı da gözlənilir.

 

Oktyabrın 21-də saat 20:00-da Heydər Əliyev sarayında Rast Qrupunun 20 illikubiley konserti keçiriləcək.

 

Oktyabrın 22-də saat 19:00-da dünya şöhrətli Terence Blanchardın kvintetinin konserti olacaq. Cazmeni konsertdə, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

 

Oktyabrın 28-də saat 21:00-da tanınmış cazmen və bəstəkar Stanley Clarkenin qrupu konsert verəcək.


Biletləri şəhərin kassalarından əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar