<b>Səməd Vurğunun ev-muzeyi:</b> Yenilik, təqdimat olacaq
04 mart 2014 14:46 (UTC +04:00)

Səməd Vurğunun ev-muzeyi: Yenilik, təqdimat olacaq

Sabah xalq şairi Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, mərasim saat 10:45-də olacaq.

 

 

Qeyd edək ki, S. Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabrında açılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə S. Vurğunun həyatı, yaradıcılığı və ictimai fəaliyyətini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar